Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerli vaksinin yaradılması üzrə işlər hansı səviyyədədir? - Açıqlama 

Uzun illərdən sonra ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanması və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalar gələcəyə dair böyük ümidlər verir.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, bu, eyni zamanda tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq:

“Vaksin hazırlanması istiqamətində tədqiqatlara başlamaq üçün insan vücudundan kənarda COVID-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla müxtəlif hüceyrə xətlərinin çoxalmasına imkan verən incə hüceyrə kulturası texnologiyası lazımdır. İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda uzun müddətdən sonra vaksin yaradılması istiqamətində tədqiqatlara başlanıldığını açıqlamışdı. Bildirmişdi ki, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.(trend)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Argentinada pensiya artımlarının ləğvinə etiraz edən nümayişlər dağıdılıb

Ən çox oxunanalar